Başlama vaxtı: 29.10.2021 15:00
Bitmə vaxtı: 29.10.2021 16:40
“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Xarici ticarət və ticarət tarifləri” üzrə İşçi qrupunun 29 oktyabr 2021-ci il tarixində saat 15:00-da video-konfrans formatında iclasının keçirilməsi nəzərdə tutulmuşdur.
İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlər, növbəti il üçün Fəaliyyət Planı ilə bağlı verilmiş təkliflərin müzakirə edilməsi, o cümlədən xarici ticarətlə əlaqəli təqdimatların edilməsi planlaşdırılmışdır.
Qeyd olunan fəaliyyət sahəsi üzrə təklif vermək istəyən şəxslər https://azranking.az saytında “Onlayn Müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər
GÜNDƏLİK - 29.10.2021 - "Xarici ticarət və ticarət tarifləri" üzrə işçi qrupunun iclası