“Əmlakın qeydiyyatı” işçi qrupunun iclası

Başlama vaxtı: 21.06.2022 15:00

Bitmə vaxtı: 21.06.2022 16:35

“Əmlakın qeydiyyatı” işçi qrupunun növbəti iclasının 21.06.2022-ci il tarixində saat 15:00-da video-konfrans formatında keçirilməsi nəzərdə tutulur.

İclasda Dünya Bankı Qrupunun “Әlverişli Biznes Mühiti” layihәsinin “Əmlakın qeydiyyatı və icarəsi” indikatoru üzrə diaqnostika matrisasının tәrtibinә dair müzakirәlәr aparılacaqdır. İclasda həmçinin işçi qrupun 2021-ci il üzrə Fəaliyyət Planının monitorinqinin nəticələri və 2022-ci il üçün Fəaliyyət Planına daxil edilməsi ilə bağlı Komissiyanın Katibliyi tərəfindən verilmiş təklif və tövsiyələrin müzakirəsi də nəzərdə tutulur.

İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, özəl sektorun nümayəndələrinin iclasda iştirak etməsi gözlənilir.

 

GÜNDƏLİK - 21.06.2022 - "Əmlakın qeydiyyatı" işçi qrupunun iclası