“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası

Başlama vaxtı: 01.12.2021 15:00

Bitmə vaxtı: 01.12.2021 17:00

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun 2021-ci il 30 noyabr tarixində saat 15:00-da video-konfrans formatında iclasının keçirilməsi nəzərdə tutulmuşdur.

İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tapşırıqlarla bağlı görülmüş işlər, həmçinin işçi qrupunun 28.10.2021-ci il tarixli iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək.

Bundan əlavə, iclasda elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə sahibkarların məlumatlılıq və məmnunluq səviyyəsinin artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının və işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi də nəzərdə tutulur.

GÜNDƏLİK - 30.11.2021 - “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası