Başlama vaxtı: 24.12.2021 10:00
Bitmə vaxtı: 24.12.2021 11:30
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun 2021-ci ilin 24 dekabr tarixində saat 10:00-da video-konfrans formatında növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda İşçi qrupun 2021-ci il üzrə Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, həmçinin İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinin müzakirəsi aparılacaq.
Həmçinin, iclasda İşçi qrupun cari ilin 1 dekabr tarixində keçirilmiş iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək.
GÜNDƏLİK - 24.12.2021 - “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası