Başlama vaxtı: 28.10.2021 15:00
Bitmə vaxtı: 28.10.2021 16:30
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun 2021-ci il 28 oktyabr tarixində saat 15:00-da video-konfrans formatında iclasının keçirilməsi nəzərdə tutulmuşdur.
İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərlə bağlı, işçi qrupun 29.09.2021-ci il tarixli iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək. Bununla yanaşı, işçi qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi barədə müzakirələrin aparılması da planlaşdırılır.
GÜNDƏLİK - 28.10.2021 - “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası