Başlama vaxtı: 06.10.2021 15:00
Bitmə vaxtı: 06.10.2021 17:30
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun 21 sentyabr tarixli iclasının 11 nömrəli protokolunun qərarının icrası məqsədilə “e-Pəncərə” (e-Window) sisteminin tətbiqi ilə əlaqədar aidiyyəti dövlət qurumlarının iştirakı ilə 6 oktyabr 2021-ci il saat 15:00-da video-konfransın keçirilməsi nəzərdə tutulmuşdur.
İclasda “e-Pəncərə” (e-Window) sisteminin tətbiqi, infrastrukturun yaradılması, qanunvericiliyin formalaşdırılması və bu istiqamətdə atılacaq növbəti addımlar barədə məlumatlar veriləcəkdir.
GÜNDƏLİK - 06.10.2021 - “Sərhəddə Ticarət” işçi qrupunun iclası