Başlama vaxtı: 15.12.2021 15:00
Bitmə vaxtı: 15.12.2021 16:50
15 dekabr 2021-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun 2021-ci ilin yekunlarına həsr olunmuş növbəti iclası keçirilməsi nəzərdə tutulur.
İclasda işçi qrupun daha öncəki iclas Protokolunda qərara alınmış tədbirlərin, eyni zamanda Fəaliyyət Planı üzrə icrası davam edən tədbirlərin yerinə yetirilmə vəziyyəti, eləcə də potensial sifarişçilərin və İT şirkətlərin iştirakı ilə “Bir pəncərə” e-sisteminin funksionallığı ilə bağlı keçirilmiş görüşün nəticələri barədə məlumat verilməsi, 2021-ci il ərzində İşçi qrup çərçivəsində görülmüş işlərin, fəaliyyətin nəticələrinin və habelə növbəti il üçün Fəaliyyət Planının yekun layihəsinin müzakirə edilməsi planlaşdırılır.
GÜNDƏLİK - 15.12.2021 - “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclası