Başlama vaxtı: 14.10.2026 15:00
Bitmə vaxtı: 14.10.2026 18:00
14 oktyabr 2026-cı il tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun hibrid formatda iclası keçiriləcəkdir.
İclasda “Ticarət müəssisələri” ilə bağlı yeni fəslin təqdimatı və həmin fəslə dair rəy və təkliflərin müzakirəsi həyata keçiriləcəkdir.
Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri işçi qrupun işində iştirak edərək aidiyyəti məsələlər barədə təkliflər təqdim edə bilərlər.