Başlama vaxtı: 14.10.2026 14:00
Bitmə vaxtı: 14.10.2026 15:00
“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcəkdir.
İclas 14 oktyabr 2026-cı il tarixində saat 14:00-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupu çərçivəsində keçiriləcəkdir.
İclasda işçi qrupunda təmsil olunan aidiyyəti dövlət qurumlarının iştirakı ilə 2026-cı ilin ötən dövrü ərzində görülmüş işlər müzakirə olunacaq, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılacaqdır.
Bununla yanaşı, işçi qrupunun 2026-cı il üzrə təsdiq edilmiş Fəaliyyət Planına uyğun olaraq, dövlət qurumlarının məsul olduqları əsas indikatorlar üzrə hesabatlarla çıxış etmələri nəzərdə tutulur.