Başlama vaxtı: 11.11.2021 15:00
Bitmə vaxtı: 11.11.2021 18:00
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 11 noyabr 2021-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulmuşdur.
İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərin və işçi qrupunun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilməsi, habelə növbəti il üçün Fəaliyyət Planı ilə bağlı verilmiş təkliflərin müzakirə edilməsi planlaşdırılmışdır.
Qeyd olunan fəaliyyət sahəsi üzrə təklif vermək istəyən şəxslər https://azranking.az saytında “Onlayn Müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.
YER: “Zoom” onlayn platforması.
GÜNDƏLİK - 11.11.2021 - “Əmtəə bazarlarının səmərəliliyi və rəqabət” işçi qrupunun iclası