Başlama vaxtı: 10.02.2021 11:00
Bitmə vaxtı: 10.02.2021 13:00
“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunun 10 fevral 2021-ci il saat 11:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulmuşdur.
İclasda İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının icrasından irəli gələn məsələlər və qarşıda duran vəzifələrin müzakirəsi nəzərdə tutulur. Həmçinin növbəti iclasın gündəliyinə daxil ediləcək təkliflərin müzakirəsi də planlaşdırılır.
Ünvan: Onlayn formada “Zoom” proqramı üzərindən