“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun növbəti iclası

Başlama vaxtı: 11.02.2022 15:00

Bitmə vaxtı: 11.02.2022 17:00

“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclasının 2022-ci il 11 fevral tarixində keçirilməsi nəzərdə tutulur.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Milli Elmlər Akademiyası, ADA Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Mühəndislik Universiteti və eyni zamanda ekspertlər iştirak edəcəkdir.

Görüşün keçirilməsində məqsəd elmi nəşrlər və müvafiq  beynəlxalq reytinq göstəriciləri sahəsində təhlillərin və qiymətləndirmələrin aparılması, elmi tədqiqat işlərinin stimullaşdırılması istiqamətində tədbirlərin müəyyən olunması, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə mərkəzlərin yaradılması və beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə təşviqat xarakterli tədbirlərin müəyyənləşdirilməsidir. Görüş çərçivəsində “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” 2022-ci il üçün yol xəritəsinin layihəsinin hazırlanması istiqamətində müzakirələr aparılacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.

GÜNDƏLİK - 11.02.2022 - Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə altqrupun iclası