“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun 3-cü rüb üzrə hesabat xarakterli iclası

Başlama vaxtı: 27.10.2022 10:00

Bitmə vaxtı: 27.10.2022 12:00

“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası 2022-ci il 27 oktyabr tarixində baş tutacaqdır.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Elm Fondu, elm və ali təhsil müəssisələrinin nümayəndələri və eyni zamanda ekspertlər iştirak edəcəkdir.

Görüşün keçirilməsində məqsəd “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası istiqamətində görülmüş işlərin 3-cü rüb üzrə hesabatının müzakirə olunması, növbəti rüblər üzrə görülməsi planlaşdırılan işlərin işlərin koordinasiya olunması və altqrupda təmsil olunan qurumların əlaqələndirilməsidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.

GÜNDƏLİK - 27.10.2022 - “Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası