"Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun növbəti görüşü keçirilmişdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 13.07.2021-ci il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarının icrası çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş layihələr, Banklarda risk menecmentin təkmilləşdirilməsi istiqamətində tənzimləyici mexanizmlərin və bilik-bacarıqların təkmilləşdirilməsi, bankların kapital dayanıqlılığının möhkəmləndirilməsi üçün Bazel III standartlarına keçidin təmin olunması istiqamətində işlərin sürətləndirilməsi və maliyyə inkluzivliyinin artırılması ilə bağlı banklara metodoloji dəstəyin göstərilməsinə dair mövzular müzakirə olunmuşdur.

Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək layihə formasına salınması və işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.

İclasa Mərkəzi Bankın, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Ədliyyə Nazirliyinin, Azərbaycan Banklar Assosiasiyasının, İsveçrənin Azərbaycan Respublikası və Türkmənistandakı səfirliklərinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının və bankların nümayəndələri qatılmışdır.