"Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun növbəti iclası keçirilmişdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 24.07.2020-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda lizinq alətlərinin genişləndirilməsi və faktorinq, akkreditiv və s. bu tipli maliyyə alətlərinin stimullaşdırılmasına dair mövzular müzakirə olunmuşdur.

Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək layihə formasına salınması və işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.

İclasa Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Ədliyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının, “Paşa Bank” ASC-nin, “Dentons Azerbaijan” şirkətinin və “Ekvita” şirkətinin nümayəndələri qatılmışdır.