“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası keçirilmişdir

29 iyul 2025-ci il tarixində saat 10:00-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsul şəxsləri iştirak edib.

İclasda işçi qrupunun 2025-cü il üzrə təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində I yarımillikdə görülmüş işlər barədə hesabatlar dinlənilib. Hesabatlar büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığı, dövlət tənzimlənməsi yükü, monetar azadlıq, Qlobal İnnovasiyalar İndeksi, həmçinin təbii resursların effektiv idarə edilməsi kimi məsələləri əhatə etmişdir.

İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov müzakirələri yekunlaşdıraraq təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində işlərin davam etdirilməli olduğunu bildirmişdir. O görülmüş işlər barədə məlumatların daha effektiv kommunikasiyasının zəruriliyi barədə iclas iştirakçıları ilə fikirlərini bölüşmüşdür.