31 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” İşçi qrupunun “Azərbaycan Respublikası İqtisadi Şurasının 24.05.2023-cü il tarixli iclasında Komissiyanın Katibliyi tərəfindən iclasda edilmiş müvafiq təqdimatda “Tikintiyə icazələrin verilməsi” üzrə qeyd olunmuş icra olunmalı tədbirlər istiqamətində zəruri işlərin görülməsi” mövzusuna həsr olunmuş növbəti onlayn iclas keçirilib.
İclas zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun rəhbərliyi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyevin, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımovun və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə tikintiyə icazə və nəzarət prosesində mövcud olan məsələlər müzakirə edilib, Dövlət Xidmətləri Reyestrinin təkmilləşdirilməsi prosesi, məlumatların yenilənməsi istiqamətində həyata keçirilməli işlərə dair təkliflər səsləndirilib, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.