Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçirilmişdir

27 dekabr 2023-cü il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun 2023-cü ilin yekunlarına həsr edilmiş növbəti iclası keçirilmişdir.

Onlayn platforma qaydasında təşkil edilən iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Azercell”, “Azerconnect”, “NEQSOL”, “Ekvita” şirkətləri və digər qurumların nümayəndələri iştirak etmişlər.

İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyevin sədrliyi ilə keçirilmiş iclasda ilkin olaraq işçi qrupun müvafiq “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı 2023-cü ərzində görülmüş işlər barədə çıxışlar həyata keçirilmişdir.

İclasın davamında işçi qrup üzrə 2024-cü il üçün qarşıda duran vəzifələr, habelə, iclasda iştirak edən vətəndaş cəmiyyəti institutları və özəl sektor nümayəndələri tərəfindən dövlət-biznes-vətəndaş cəmiyyəti dialoqunun genişləndirilməsi məsələləri ilə bağlı zəruri təkliflər irəli sürülmüşdür.