29 sentyabr 2026-cı il tarixdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.
Tədbirdə Komissiyanın Katibliyi, Ədliyyə, İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın əməkdaşları və İşçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.
Görüşü açıq elan edən Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru üzrə görülmüş işlərin əhəmiyyətini vurğulayıb.
İşçi qrupun üzvü, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Səkinə Əliyeva “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsindən bəhs edərək, sahənin spesifikliyi nəzərə alınmaqla iş üzrə prosesə beynəlxalq ekspertlərin cəlb edildiyini, onların tövsiyələri, habelə sənədlə bağlı daxil olan digər təkliflər əsasında layihənin təkmilləşdirildiyini bildirib.
O qeyd edib ki, Yol Xəritəsində müflisləşmə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən beynəlxalq təcrübənin implementasiyası, hakimlərin və vəkillərin ixtisaslaşması, habelə müflisləşmə haqqında yeni qanunvericiliyə dair ictimaiyyətin məlumatlandırılması kimi tədbirlər öz əksini tapıb.
İşçi qrupun üzvü, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Səkinə Əliyeva “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsindən bəhs edərək, sahənin spesifikliyi nəzərə alınmaqla iş üzrə prosesə beynəlxalq ekspertlərin cəlb edildiyini, onların tövsiyələri, habelə sənədlə bağlı daxil olan digər təkliflər əsasında layihənin təkmilləşdirildiyini bildirib.
Eyni zamanda, iclasda sözügedən Yol Xəritəsi çərçivəsində görülmüş digər işlər, habelə qarşıda duran vəzifələr də diqqətə çatdırılıb.
Həmçinin görüşdə adıçəkilən qanun layihəsinin təkmilləşdirilmiş variantı ilə bağlı müzakirələr də aparılıb.