Başlama vaxtı: 26.12.2023 14:15
Bitmə vaxtı: 26.12.2023 16:00
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 26 dekabr 2023-cü il tarixində saat 14:15-də “Webex” onlayn platforması vasitəsilə iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlərlə bağlı müzakirələr aparılacaqdır. İclasda həmçinin 2024-cü il üzrə Yol Xəritəsinin hazırlanması çərçivəsində həyata keçiriləcək tədbirlər üzrə ilkin təkliflərin formalaşdırılması nəzərdə tutulur.
YER: “Webex” onlayn platforması.