“Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclası

Başlama vaxtı: 26.08.2022 15:00

Bitmə vaxtı: 26.08.2022 17:00

2022-ci il 26 avqust tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun video-konfrans formatında iclası keçiriləcək.

Ətraflı məlumat üçün keçid: https://azranking.az.

İclasda “Tikintiyə icazələrin verilməsi işçi qrupu”nun 2022-ci ilin fəaliyyət planının cari ilin yanvar-iyun ayları ərzində icrası ilə bağlı görülmüş işlər barədə məlumat veriləcək, bununla yanaşı qarşıda duran vəzifələr müzakirə ediləcəkdir.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilər.

 

GÜNDƏLİK - 26.08.2022 - "Tikintiyə icazələrin verilməsi" işçi qrupunun iclası