Başlama vaxtı: 27.07.2023 16:00
Bitmə vaxtı: 27.07.2023 17:10
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun 27.07.2023-ci il saat 16:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi planlaşdırılmışdır. İclasda işçi qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosasiya nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. İclasda işçi qrupunun 2023-ci ilin ilk yarısında gördüyü işlər müzakirə ediləcəkdir. İclasda xüsusilə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Neft fondu tərəfindən işçi qrup çərçivəsində görülmüş işlər barədə fikir mübadiləsi aparılacaqdır.
GÜNDƏLİK - 27.07.2023 - "Effektiv idarəetmə və makroiqtisadi göstəricilər" işçi qrupunun iclası