Başlama vaxtı: 21.10.2022 15:00
Bitmə vaxtı: 21.10.2022 16:40
Məlum olduğu kimi, cari ilin sentyabr ayının 29-da Qlobal İnnovasiyalar İndeksinin 2022-ci il üzrə hesabatı dərc olunmuşdur.
2007-ci ildən fəaliyyətə başlayan Qlobal İnnovasiyalar İndeksinin əsas hədəfi ölkələrin innovativ inkişaf səviyyəsini qiymətləndirmək, hökumətlər, vətəndaş cəmiyyəti (özəl sektor da daxil olmaqla) və beynəlxalq təşkilatlar üçün bilik mübadiləsi və siyasət dialoqu üçün qapı açaraq innovativ təşəbbüsləri təşviq etməkdir. Adıçəkilən indeks üzrə hər il qiymətləndirmə aparılaraq, indeksə dair ölkələrin ümumi və müxtəlif alt-indikatorları üzrə mövqeyi nəşr olunur.
Qeyd olunanları nəzərə alaraq, Qlobal İnnovasiyalar İndeksinin 2022-ci ilə dair hesabatı üzrə nəticələrin geniş müzakirəsi və qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə 2022-ci ilin oktyabrın 21-də aidiyyəti işçi qrupların birgə iclasının keçirilməsi nəzərdə tutulur. Birgə iclasda “Qlobal İnnovasiyalar İndeksi üzrə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı Matrisa” layihəsi üzrə məsul olan qurumlar və bu sahədə həyata keçiriləcək tədbirlər müəyyən ediləcəkdir.