“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası
Başlama vaxtı:
10.03.2022 11:00
Bitmə vaxtı:
10.03.2022 13:00
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Milli Elmlər Akademiyası, ADA Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və eyni zamanda ekspertlər iştirak edəcəkdir.
Görüşün keçirilməsində məqsəd “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlərin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsidir. Tədbirlərin operativ şəkildə həyata keçirilməsi məqsədilə ümumi müzakirələr aparılacaq və mövcud vəziyyət qiymətləndiriləcəkdir. Eyni zamanda “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” orta və uzunmüddətli tədbirlər üzrə Konsepsiya sənədinin hazırlanmasına dair ilkin müzakirələr aparılacaqdır.
GÜNDƏLİK - 10.03.2022 - “Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası