Rəqəmsal Təqvim və E-iştirakçılıq

“ Rəqəmsal Təqvim və E-iştirakçılıq” platforması biznes mühiti üzrə fəaliyyətin səmərəliliyinin daha da yüksəldilməsi, bu sahədə ictimai iştirakçılığın elektron və interaktiv formada təmin olunması, biznes nümayəndələri ilə rəqəmsal kommunikasiyanın qurulması və məmnunluğun artırılmasına xidmət edir.

Bu platformadan istifadə etməklə aşağıdakı imkanları əldə edə bilərsiniz:
  • işçi qrupların iclasları barədə qabaqcadan ətraflı məlumatın alınması;
  • iclaslarda müzakirə üçün təklif və layihələrin elektron qaydada göndərilməsi;
  • işçi qrupları ilə interaktiv əlaqənin yaradılması;
  • müvafiq sahə üzrə hazırlanan layihələrə münasibət bildirilməsi;
  • qanunvericilik təşəbbüslərində elektron iştirak;
  • işçi qrupların fəaliyyətinə dəstək və iclaslarda iştirak hüququnun əldə olunması.
Qeyd: iclaslar və layihələr barədə məlumat almaq üçün “Rəqəmsal Təqvim və E-iştirakçılıq” platformasında tədbirə və layihəyə aid müvafiq bölməni seçməyiniz, təklif vermək üçün isə həmin bölmədə “Təklif göndər” düyməsinin üzərinə vurmağınız xahiş olunur.