2. İnsan kapitalı və tədqiqatlar
2.1 Təhsil
2.1.1 Təhsilə xərclər
Dövlətin təhsil üzrə (yerli, regional və mərkəzi) ümumi xərcləri (cari, kapital və transfertlər), ÜDM-də faizlə ifadə edilir. Buraya beynəlxalq mənbələrdən hökumətə transferlər hesabına maliyyələşdirilən xərclər də daxildir.
Mənbə: Source: UNESCO Institute for Statistics (UIS) online database and Eurostat (2010–19).
2.1.2 Orta təhsildə bir sagirdə görə dövlətin təhsil xərcləri
Orta təhsil səviyyəsində bir şagirdə düşən orta ümumi (cari, kapital və transfertlər) dövlət xərcləri, adambaşına düşən ÜDM-də faizlə ifadə edilir
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database (2010–19).
2.1.3 Təhsilin davametmə müddəti
Məktəbə qəbul yaşında olan bir insanın ibtidaidən ali təhsilə qədər təhsil səviyyələrində keçirə biləcəyi illərin ümumi sayı. Müəyyən bir yaşda olan uşaq üçün məktəbdə təhsilin davametmə müddəti ibtidai təhsildən ali təhsilə qədər təhsil səviyyələri üzrə yaşa görə qəbul əmsallarının cəmi kimi hesablanır.
Təhsil müəssisəsinə qəbulun yaş qruplarına bölünməyən hissəsi təhsil aldıqları ibtidai və ali təhsil pillələri üzrə məktəbə qəbul yaşında olan əhalinin sayına bölünür və həmin təhsil pillələrinin davametmə müddətinə vurulur. Nəticə daha sonra müvafiq yaş qrupları üzrə təhsilalanların cəminə əlavə edilir. Əldə olunan nisbətən yüksək göstərici uşaqların təhsil müəssisələrində daha uzun müddət təhsil alma ehtimalının və ümumilikdə təhsil sistemində qalma səviyyəsinin daha yüksək olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, təkrar sinifdə qalma halları ilə əlaqədar olaraq gözlənilən təhsil müddəti dövrü müvafiq təhsil səviyyəsində tamamlanması gözlənilən siniflərin sayı ilə mütləq şəkildə üst-üstə düşmür.
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database (2010–20).
2.1.4 Oxu, riyaziyyat və elm üzrə qiymətləndirmə (PISA şkalası)
PISA İƏİT-in Beynəlxalq Şagird Qiymətləndirmə Proqramıdır. PISA 15 yaşlıların oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarından istifadə etmək bacarığını ölçür. PISA-nın nəticələri bütün dünyada əldə edilən təlim nəticələrinin keyfiyyətini və bərabərliyini göstərir.
Göstərici hər bir ölkə üçün oxu, riyaziyyat və təbiət fənləri üzrə orta baldan istifadə etməklə əldə olunur. PISA balları ölkədəki bütün test iştirakçılarının nəticələri arasında müşahidə edilən dəyişikliyə görə müəyyən edilir. Nəzəri olaraq PISA-da minimum və ya maksimum bal müəyyən edilməmişdir. Nəticələr orta göstərici 500 bal, standart kənarlaşma 100 bal ətrafında olmaqla təxminən normal paylanmaya uyğunlaşdırılır.
Qiymətləndirmə hər 3 ildən bir aparılır, ən son qiymətləndirmə 2018-də keçirilmişdir. 2018 buraxılışında Azərbaycan üzrə sadəcə Bakı şəhəri qiymətləndirilmişdir.
Mənbə: OECD Programme for International Student Assessment (PISA) (2015–18).
2.1.5 Şagird-müəllim nisbəti, orta təhsil
Orta məktəbdə oxuyan şagirdlərin sayının orta məktəb müəllimlərinin sayına nisbəti (tədris tapşırığından asılı olmayaraq). Bütövlükdə orta təhsil səviyyəsi üçün məlumat olmadıqda, orta təhsilin yuxarı sinifləri üzrə əmsallar qeyd edilir; bu məlumatlar da mövcud olmadıqda, natamam orta təhsil səviyyəsi üzrə əmsallar qeyd edilir. Şagird-müəllim nisbətinin yüksək olması onu göstərir ki, hər bir müəllim çoxlu sayda şagirdə cavabdeh olmalıdır. Başqa sözlə, şagird-müəllim nisbəti nə qədər yüksəkdirsə, şagirdlərin müəllimlərə nisbi çıxışı bir o qədər aşağı olur.
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database (2010–20).
2.2 Ali təhsil
2.2.1 Ali məktəblərdə təhsil alanlar
Yaşından asılı olmayaraq ali təhsil alanların sayının ali təhsil səviyyəsinə rəsmi uyğun gələn yaş qrupundakı əhalisinin sayına nisbəti. Ali təhsil, qabaqcıl tədqiqat ixtisasına malik olub-olmamasından asılı olmayaraq, bir qayda olaraq, qəbulun minimum şərti kimi, orta təhsil pilləsində təhsili uğurla başa vurmağı tələb edir.
Təkrar sinifdə qalma halları ilə əlaqədar olaraq və təhsil müəssisəsinə azyaşlı və yaşlı tələbələrin vaxtından tez və ya gec daxil olması səbəbindən məktəbə qəbul nisbəti 100 faizi keçə bilər.
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database (2010–20).
2.2.2 Elmvə texniki elmlər (mühəndislik) məzunları
Təbiət elmləri, riyaziyyat, statistika, informasiya və texnologiya, istehsalat, mühəndislik və tikinti sahəsində ali təhsil pilləsinin bütün məzunlarının sayının bütün ali təhsil məzunlarının sayında xüsusi çəkisi.
Mənbə UNESCO Institute for Statistics (UIS) online database; Eurostat database; və OECD, Main Science and Technology Indicators (MSTI) database, March 2021 (2010–20).
2.2.3 Xarixcdəmgələn tələbə sayı, ölkədəki universitet tələbələrinin ümumi sayına nisbətdə.
Müəyyən bir ölkədə təhsil alan xaricdən gələn tələbələrin sayının həmin ölkədə ali təhsil səviyyəsində təhsil alanların sayında xüsusi çəkisi.
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database (2010–19).
2.3 Tədqiqat və inkişaf
2.3.1 Tədqiqatçılar
R&D (Tədqiqat və İnkişaf) tədqiqatçıları yeni biliklərin düşünülməsi və ya yaradılması ilə məşğul olan peşəkarlardır. Onlar tədqiqat aparır və konsepsiyaları, nəzəriyyələri, modelləri, texnikaları, cihazları, proqram təminatı və ya əməliyyat metodlarını təkmilləşdirir və ya inkişaf etdirirlər.
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database; və Eurostat; və OECD, Main Science and Technology Indicators (MSTI) database, March 2021 (2010–19).
2.3.2 Tədqiqat və inkişafa çəkilən xərclər (GERD)
Müəyyən bir dövr ərzində tədqiqat və inkişafa çəkilən daxili xərclərin ÜDM-ə xüsusi çəkisi. “Daxili R&D xərcləri” maliyyələşmə mənbəyindən asılı olmayaraq, müəyyən dövr ərzində ölkədə hər hansı statistik vahid və ya sektorda həyata keçirilən tədqiqat və inkişafa çəkilən bütün xərclərdir.
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database; Eurostat, Eurostat database; OECD, Main Science and Technology Indicators (MSTI) database, 2021 (2010–19).
2.3.3 Ölkənintop 3 qlobal şirkətlərinin tədqiqat və inkişafa investisiyası
Qlobal səviyyədə olan üç ən böyük şirkət tərəfindən tədqiqat və inkişafa çəkilən orta xərclər. Əgər ölkədə üçdən az qlobal şirkət listinqə düşübsə, bu göstərici listinqdə olan iki şirkətin xərclərinin ədədi ortası və ya listinqdə olan sadəcə bir şirkət varsa, həmin şirkətin cəmi xərcləri kimi hesablanır. Listinqdə şirkətləri olmayan ölkələrə 0 bal verilir. Bu məlumatlar Avropa İttifaqından (Aİ) kənar ölkələri də əhatə edir.
Mənbə: The 2020 EU Industrial R&D Investment Scoreboard.
2.3.4 Universitetlərin reytinqi, ilk 3-də olan universitetlərin orta göstəricisi
Ölkə üzrə ilk üçlükdə olan universitetlərin orta balı. QS reytinqində dünyanın ən yaxşı 1000 universitetinin siyahısında üçdən az universitet varsa, həmin universitetlərin ballarının cəmi üçə bölünür və beləliklə, siyahıda olmayan universitetlər üçün sıfır bal nəzərdə tutulur. 2022-ci ilin reytinqində 2021-ci ilin iyun ayında dərc edilmiş məlumatlar nəzərə alınmışdır.
Mənbə: QS Quacquarelli Symonds Ltd, QS World University Ranking, Top Universities