Hesabat barədə qısa məlumat

Hesabat barədə qısa məlumat

Qİİ layihəsi professor Soumitra Dutta tərəfindən 2007-ci ildə INSEAD-da işlədiyi müddətdə başlamışdır. ÜƏMT 2011-ci ildə Qİİ ilə əməkdaşlığa başlamış və 2012-ci ildə Qİİ-ni birgə nəşr etməyə başlamışdır. 2013-cü ildə Kornell Universiteti INSEAD-da Bruno Lanvin ilə birgə nəşriyyatçı kimi qoşulmuşdur. Qİİ 2020-ci ilə qədər Kornell Universiteti, INSEAD və ÜƏMT tərəfindən birgə nəşr olunmağa davam etdi. 2021-ci ildən etibarən Qİİ ÜƏMT tərəfindən Portulans İnstitutu, müxtəlif korporativ və akademik şəbəkə tərəfdaşları və Qİİ Məsləhət Şurası ilə birgə nəşr olunur.

2021 Qİİ modeli dünya əhalisinin 94,3%-ni və alıcılıq qabiliyyəti paritetində dünya ÜDM-nin 99,0%-ni təşkil edən 132 iqtisadiyyatı əhatə edir. İnnovasiyanın tam mənzərəsini təqdim etmək üçün indeks iki hissəyə bölünür: İnnovasiya amilləri alt-indeksi ( innovation input) və innovativ nəticələr alt-indeksi (innovation output). Qİİ-nə ümumən 7 komponent daxildir. Bunlardan 5-i İnnovasiya amilləri alt-indeksinə, 2-si isə innovativ nəticələr alt-indeksinə daxildir. Toplam olaraq, Qİİ 81 indikatorun qiymətləndirilməsinə əsaslanır. Bunlardan 63-ü ilkin göstəricilər, 15-i kompleks göstəricilər, 3-ü isə sorğu nəticəsində əldə olunmuş məlumatlardır.

İnnovasiya amilləri alt-indeksinə daxil olan komponentlər: İnstitutlar, İnsan kapitalı və tədqiqatlar, İnfrastruktur, Bazar inkişafı, Biznesin inkişafı.    

İnnovativ nəticələr alt-indeksinə daxil olan komponentlər: Elmi-texnoloji yeniliklər, Kreativ nəticələr.      

Qİİ, əsas olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanmış Oslo Təlimatında işlənmiş geniş innovasiya anlayışını qəbul edir. İndeks innovasiyanın nə olduğunu belə qəbul edir:

İnnovasiya, bölmənin əvvəlki məhsul və ya proseslərindən əhəmiyyətli dərəcədə fərqlənən və potensial istifadəçilərə (məhsullara) təqdim edilmiş və ya bölmə (proses) tərəfindən istifadəyə verilmiş yeni və ya təkmilləşdirilmiş məhsul və ya prosesdir (və ya onların kombinasiyası).