6. Bilik və texnologiya sahəsində nəticələr
6.1 Biliyin yaradılması
6.1.1 Rezidentlər tərəfindən patent almaq üçün edilən müraciətlər (dəyər ifadəsində)
Müəyyən bir milli və ya regional patent idarəsinə verilmiş rezident patent müraciətlərinin sayı PPP$ ÜDM (milyardlarla) ilə ölçülür. Patent termininin izahı 5.2.5-ci indikatorun metodologiyasında verilmişdir. Rezidentin patent üçün müraciəti dedikdə, ərizə verən şəxsin yaşadığı ölkə üçün və ya onun adından Beynəlxalq Patent ofisinə verilmiş ərizəsi nəzərdə tutulur. Məsələn, Yaponiya rezidentinin Yaponiya Patent İdarəsinə verdiyi ərizə Yaponiya üzrə rezident ərizəsi hesab edilməlidir. Eləcə də, Avropa Patent Ofisinə (EPO) üzv dövlətlərindən hər hansı birində (məsələn, Almaniya) yaşayan ərizəçinin verdiyi ərizə həmin üzv dövlətin (Almaniya) rezident ərizəsi hesab olunur. Məlumatlar milyard PPP $ ÜDM ilə hesablanır.
Mənbə: World Intellectual Property Organization, Intellectual Property Statistics; International Monetary Fund, World Economic Outlook Database, October 2020 (2010–19).
6.1.2 PCT i patentlər
Patent Əməkdaşlığı Müqaviləsi üzrə müraciətlərin sayı (Məlumatlar milyard PPP $ ÜDM üzrə hesablanır).
PCT ərizəsi ÜƏMT tərəfindən idarə olunan Patent Əməkdaşlığı Müqaviləsi (PCT) vasitəsilə verilmiş beynəlxalq patent müraciətidir. PCT sistemi tək beynəlxalq patent müraciəti verməklə bir sıra ölkələrdə eyni vaxtda ixtira üçün patent mühafizəsi imkanı əldə etməyə imkan verir. Patent Əməkdaşlığı Müqaviləsi üzrə müraciətlərin mənşəyi ərizə verən şəxsin yaşayış yeri ilə müəyyən edilir. Məlumat yalnız PCT müaviləsinə qoşulmuş ölkələr üzrə mövcuddur (hazırda 156 ölkə). Məlumatlar milyard PPP $ ÜDM ilə hesablanır.
Mənbə: World Intellectual Property Organization, Intellectual Property Statistics; International Monetary Fund, World Economic Outlook Database, October 2020
6.1.3 Rezidentlər tərəfindən hazırlanmış faydalı modellər
Faydalı model (UM) patent hüququnun xüsusi formasıdır. UM-nin verilməsi şərtləri patentlərdən bir qədər fərqlidir və daha qısa mühafizə müddəti və daha az sərt patentləşdirmə tələbləri vardır.
Mənbə: World Intellectual Property Organization, Intellectual Property Statistics; International Monetary Fund, World Economic Outlook Database, October 2020 (2010–19).
6.1.4 Elmi-texniki məqalələr
Elm və texnologiya sahəsində nəşr olunan məqalələrin sayı. Bu göstərici mühəndislik, kimya, fizika, ətraf mühit elmləri, kompüter elmləri, riyaziyyat, biokimya, molekulyar biologiya, onkologiya, kənd təsərrüfatı, hüceyrə biologiyası və s. tədqiqat sahələrinə aid 182 fərqli tədqiqat kateqoriyasını əhatə edir. Məqalələrin sayı Science Citation Index Expanded (SCIE) və Social Sciences Citation Index (SSCI) tərəfindən əhatə olunan jurnallar toplusundan götürülür. Məqalələr nəşr illərinə görə təsnif edilir və məqalədə sadalanan qurum ünvanı (ünvanları) əsasında müvafiq ölkələrə aid edilir. Məqalələr say əsasında (kəsr əsasında deyil) hesablanır, yəni bir çox ölkələrdən əməkdaşlıq edən qurumların olduğu məqalələrə görə hər ölkə öz iştirakçı qurumlarına görə bal əldə edir. Məlumatlar milyard PPP$ ÜDM ilə hesablanır.
Mənbə: Clarivate, Web of Science, accessed March 15, 2021; International Monetary Fund, World Economic Outlook Database, October 2020.
6.1.5 İstinad edilən sənədlər (H-indeksi)
H-indeksi ölkədə ən azı H sitatı almış dərc edilmiş məqalələrin sayıdır (H). H indeksi həm jurnalın elmi məhsuldarlığını, həm də elmi təsir dairəsini ölçür, eləcə də alimlərə, jurnallara və s. şamil edilir. H-indeksi, müəyyən bir ildə dərc edilmiş məqalələr üzrə sonrakı illərdə alınan sitatların sayını həmin ildə dərc edilmiş məqalələrin ümumi sayına bölərək cədvəl şəklində tərtib edilir.
Mənbə: SCImago (2021) SJR – SCImago Journal & Country Rank, retrieved March 2021.
6.2 Biliyin təsiri
6.2.1 Əmək məhsuldarlığının artması
Hər bir məşğul adama düşən real ÜDM-in artım tempi, son üç il üzrə orta göstərici (2017-2021). Məşğulluğu olan adambaşına düşən ÜDM-in artımı əmək məhsuldarlığının artım göstəricisidir (əmək vahidinə düşən məhsul kimi müəyyən edilir).Məşğul olan adama düşən ÜDM, ÜDM-in ümumi məşğulluğa nisbətidir.
Mənbə: The Conference Board Total Economy Database™ Output, Labor and Labor Productivity, 1950–2020, April 2021 preliminary release.
6.2.2 Yeni biznes müəssisələri
Hər təqvim ilində əmək qabiliyyətli (15-64 yaş) əhalinin hər 1000 nəfərinə düşən yeni qeydiyyatdan keçmiş məhdud məsuliyyətli şirkətlərin sayı.
Mənbə: World Bank, Doing Business 2020, Entrepreneurship Project (2009–18).
6.2.3 Proqram təminatı xərclərinin ÜDM-də payı
Kompüter proqram təminatı xərcləri əməliyyat sistemləri, verilənlər bazası sistemləri, proqramlaşdırma alətləri, kommunal xidmətlər və proqramlar kimi alınmış və ya icarəyə götürülmüş proqram təminatlarının ümumi dəyərini əhatə edir. Burada daxili proqram təminatının hazırlanması və sifariş əsasında (outsourced) xüsusi proqram təminatının hazırlanması üçün xərclər nəzərə alınmır.
Məlumatlar faktiki rəqəmlərin və proqnozların məcmusudur. Məlumatlar ÜDM-də xüsusi çəki ilə göstərilir.
Mənbə: IHS Markit, Information and Communication Technology Database.
6.2.4 ISO 9001 keyfiyyət sertifikatları
ISO 9001, təşkilatın həm müştəriyə, həm də qüvvədə olan qanuni və tənzimləyici tələblərə cavab verən məhsul və xidmətləri təqdim etmək qabiliyyətini nümayiş etdirməli olduğu zaman keyfiyyət idarəetmə sisteminə dair tələbləri müəyyən edir.
ISO 9001 sertifikatı sistemin təkmilləşdirilməsi, habelə müştəriyə və qüvvədə olan qanunvericilik və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi də daxil olmaqla, sistemin effektiv tətbiqi vasitəsilə müştəri məmnuniyyətini artırmaq məqsədi daşıyır. ISO 9001-in bütün tələbləri ümumi xarakter daşıyır və növündən və ölçüsündən və ya təqdim etdiyi məhsul və xidmətlərdən asılı olmayaraq istənilən təşkilat üçün nəzərdə tutulub. Məlumatlar milyard PPP$ ÜDM ilə hesablanır.
Mənbə: International Organization for Standardization (ISO), ISO Survey of Certifications to Management System Standards, 2019; International Monetary Fund, World Economic Outlook database, October 2020.
6.2.5 Yüksək texnologiyalı məhsul istehsal
Yüksək texnologiyalı və orta-yüksək texnologiyalı məhsulun Ümumi istehsal məhsulda payı. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Texnologiya İntensivliyi Termini təsnifatı əsasında ümumi istehsalda qabaqcıl texnologiya və orta-qabaqcıl texnologiya məhsulunun xüsusi çəkisi.Texnologiya İntensivliyi Termini özü Beynəlxalq Standart Sənaye Təsnifatının (ISIC) 3 və 4-cü reviziyasına əsaslanır və Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) INDSTAT 2 və INDSTAT 4 məlumat bazalarından istifadə edir.
Mənbə: United Nations Industrial Development Organization (UNIDO), Industrial Statistics Database INDSTAT 2, 2020; OECD, Directorate for Science, Technology and Industry, Economic Analysis and Statistics Division, “ISIC Rev. 3 Technology Intensity Definition: Classification of Manufacturing Industries into Categories Based on R&D Intensities” (2010–18).
6.3 Biliklərin yayılması
6.3.1 Əqli mülkiyyətdən daxilolmalar
Əqli mülkiyyətdən istifadəyə görə ödənişlər (ümumi ticarətdə xüsusi çəkisi). Ödənişlər mülkiyyət hüquqlarından istifadəyə görə (patentlər, ticarət nişanları, müəllif hüquqları, sənaye prosesləri və dizaynları, o cümlədən ticarət sirləri və françayzinqlər) və istehsal edilmiş orijinal və ya prototiplərdə (kitablar və əlyazmalar, kompüter proqramları, kinematoqrafik əsərlər və səs yazıları ilə bağlı müəllif hüquqları kimi) və əlaqədar hüquqlarda (canlı çıxışlar və televiziya, kabel və ya peyk yayımı kimi) təcəssüm olunmuş əqli mülkiyyətin təkrar istehsalı və ya yayılmasına (və ya həm təkrar istehsalına, həm də yayılmasına) icazə verən lisenziyalara görə rezidentlər və qeyri-rezidentlərə verilir. Dəyərlər Beynəlxalq Valyuta Fondunun Tədiyyə Balansının və Beynəlxalq İnvestisiya Mövqeyi Təlimatı və Ödənişlər Balans məlumat bazasının altıncı (2009) nəşrinin təsnifatına əsaslanır. Ümumi ticarət termininin izahı üçün 5.3.1 göstəricisinə baxın.
Mənbə: World Trade Organization, Trade in Commercial Services database, values based on the classification of the sixth (2009) edition of the International Monetary Fund’s Balance of Payments and International Investment Position Manual and Balance of Payments database (2010–19).
6.3.2 İstehsal və ixracın mürəkkəbliyi
İqtisadi Mürəkkəblik İndeksi ölkələrin ixrac səbətinin müxtəlifliyinə və mürəkkəbliyinə əsaslanan reytinqdir. Yüksək mürəkkəbliyi olan ölkələr bir sıra mürəkkəb, ixtisaslaşmış imkanlara sahibdirlər və buna görə də yüksək şaxələnmiş kompleks məhsullar istehsal edə bilirlər. Bir ölkənin iqtisadi mürəkkəbliyinin müəyyən edilməsi təkcə həmin ölkədə istehsal ilə bağlı məlumatlardan asılı deyil. Ölkənin imkanlarını təkcə onun istehsal etdiyi məhsulların mütləq miqdarı göstərmir, eləcə də həmin məhsulların nə qədər yayılması (həmin məhsulları idxal edən ölkələrin sayı) və digər ölkələrin istehsal etdiyi məhsulların mürəkkəbliyi və müxtəlifliyi ilə ölçülür. İqtisadi mürəkkəblik hər bir ölkənin ixracında əks olunan istehsal imkanlarının müxtəlifliyini və mürəkkəbliyini ifadə edir.
Mənbə: The Atlas of Economic Complexity, Growth Lab at Harvard University.
6.3.3 Yüksək texnologiyalı məhsul ixracı
Ümumi ticarətdə yüksək texnologiya ixracının payı
Mənbə: World Trade Organization, United Nations, Comtrade database; Eurostat, Annex 5: High-tech aggregation by SITC Rev. 4, April 2009 (2015–19).
6.3.4 İKT xidmətlərinin ixracı
EBOPS 2010-un Genişləndirilmiş Tədiyyə Balansı Xidmətlər Təsnifatına uyğun olaraq telekommunikasiya, kompüter və informasiya xidmətlərinin ümumi ticarətdə xüsusi çəkisi. Dəyərlər Beynəlxalq Valyuta Fondunun Tədiyyə Balansının və Beynəlxalq İnvestisiya Mövqeyi Təlimatının altıncı (2009) nəşrinin təsnifatına və Tədiyyə Balansı üzrə məlumat bazasına əsaslanır. Ümumi ticarət termininin izahı üçün 5.3.1 göstəricisinə baxın.
Mənbə: World Trade Organization, Trade in Commercial Services database, values based on the classification of the sixth (2009) edition of the International Monetary Fund’s Balance of Payments and International Investment Position Manual and Balance of Payments database (2019).