Sıra
№-si
|
İndikatorlar
|
Görüləcək tədbirlər
|
Əhatə edildiyi mövcud normativ hüquqi aktlar, sənədlər / Qanunvericilikdə tələb olunan müvafiq dəyişiklik
|
İcra orqanları
|
Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı
|
Kreditlərin alınması indikatoru
|
1.
|
Hüquqi norma indeksi
|
- Təminatın spesifik xüsusiyyətlərinin təsvirini tələb etmədən, qanun daşınar əmlakın hər hansı kateqoriyasının yüklülük verənin sahibliyində qalmasını biznesə icazənin verilməsi;
- Yüklülük hüququ gələcəkdə və ya sonradan əldə edilmiş aktivlərə tətbiq edilir və yüklülük bəhərə, məhsula habelə daşınar əmlakın əvəzlənməsi halında yeni daşınar əmlaka avtomatik olaraq şamil olunması;
- Yüklülük haqqında müqavilələrdə bütün növ borc və öhdəliklərin ümumi formada təsvirinə icazənin verilməsi; bütün növ borclar və öhdəliklərin tərəflər arasında təmin olunması; və yüklülük müqaviləsində əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsi.
|
Mülki Məcəllə;
Daşınar əmlakın yüklülüyü haqqında qanun;
|
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,
Nazirlər Kabineti
Ədliyyə Nazirliyi,
İqtisadiyyat Nazirliyi,
Maliyyə Bazarlarına Nəzarət Palatası,
|
Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi
|
Müflisləşmənin həlli indikatoru
|
2.
|
Müddət (illər)
|
Bu indikatorla bağlı görüləcək tədbirlər müvafiq strateji sənəddə əks olunmuşdur.
|
|
Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi
|
3.
|
Müflisləşmə qanunvericiliyinin effektivliyi
|
- Müflisləşmə elan edildikdən sonra debitor şirkətin yenidən təşkil edilməsi planı ilə əlaqədar səsvermə üçün kreditorların diferensial qruplara bölünməsi və hər qrupun ayrı-ayrılıqda səs verməsinin təsbit olunması
- Müflisləşmə elan edildikdən sonra debitor şirkətin böyük həcmdə aktivlərinin satışı zamanı kreditorlardan razılıq alınması
|
“Müflisləşmə və iflas” haqqında Qanun
|
Ədliyyə Nazirliyi,
Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi,
Maliyyə Bazarlarına Nəzarət Palatası
|
Müqavilələrin həyata keçirilməsi indikatoru
|
4.
|
Məhkəmə proseslərinin keyfiyyəti
|
- Məhkəmə prosesinə ara və ya möhlət verilməsi üzrə maksimum sayın qanunvericilikdə təsbit edilməsi
- Iddiaların elektron surətdə (“electronic case management tools”) vəkillər və hakimlər tərəfindən əldə olunmasının təmin edilməsi
- Məhkəmə xərclərinin elektron olaraq ödənilməsinin təmin edilməsi
- Məhkəmə sistemi üzrə könüllü barışdırma (“voluntary mediation /conciliation”) və arbitraj prosedurlarının təkmilləşdirilməsi
|
|
Nazirlər Kabineti,
Ədliyyə Nazirliyi
|
Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət
|
Kiçik investorların maraqlarının qorunması indikatoru
|
5.
|
Direktorların məsuliyyəti indeksi
|
Qəsdən aldatma və dələduzluq hallarına əlavə olaraq, məhkəmə tərəfindən bağlanmış əqdin, əməliyyatın ədalətsiz olduğu və ya maraqların toqquşmasına gətirib çıxardığı vəziyyətlər daxil olmaqla, ləğv edilməsinin mümkünlüyünün təmin edilməsi
|
Inzibati Xətalar Məcəlləsi;
Cinayət Məcəlləsi;
Mülki Məcəllə
|
İqtisadiyyat Nazirliyi,
Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi,
Maliyyə Bazarlarına Nəzarət Palatası
|
6.
|
Səhmdarlar üçün məhkəmə proseslərinin asanlığı
|
İddiaçı tərəfin cavabdehdən işə dair bütün sənədlərin (konkret sənəd göstərilmədən) təqdim edilməsini tələb edə bilməsi qaydalarının müəyyən edilməsi
|
Mülki Prosessual Məcəllə;
Mülki Məcəllə
|
Maliyyə Bazarlarına Nəzarət Palatası,
İqtisadiyyat Nazirliyi,
Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
|
7.
|
Mülkiyyət və nəzarət indeksi
|
- Müşahidə (Direktorlar) Şurası tərəfindən ayrıca audit komitəsinin yaradılmasının təmin edilməsi;
- Törəmə cəmiyyətin əsas cəmiyyətin səhmlərini (paylarını) almaq hüququnun qadağan edilməsi;
- Səhmdar cəmiyyətlərdə səhmlərin 50 faizinin satın alınması zamanı mövcud səhmdarlara tender təklifinin verilməsinin təmin edilməsi;
- Məhdud məsuliyyətli cəmiyyətdə Müşahidə (Direktorlar) Şurasının üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin təmin edilməsi.
|
Mülki Məcəllə
|
Maliyyə Bazarlarına Nəzarət Palatası,
İqtisadiyyat Nazirliyi,
Ədliyyə Nazirliyi,
Vergilər Nazirliyi.
|
8.
|
Korporativ şəffaflıq indeksi
|
- Cəmiyyət tərəfindən öz Müşahidə (Direktorlar) Şurası üzvlərinin başqa cəmiyyətlərin şuralarındakı üzvlükləri və onların əsas iş yerləri barədə məlumatları açıqlanmasının təmin edilməsi;
- Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçılarının ildə ən azı bir dəfə toplaşmasının təmin edilməsi;
- Məhdud Məsuliyyətli Cəmiyyətin 5 faiz payına sahib iştirakçılarının iclasın gündəliyinə müzakirə mövzusu əlavə edə bilmək hüquqlarının təmin edilməsi
|
Mülki Məcəllə
|
Maliyyə Bazarlarına Nəzarət Palatası,
İqtisadiyyat Nazirliyi,
Ədliyyə Nazirliyi,
Vergilər Nazirliyi.
|
Vergi və hesabatlılıq
|
Vergilərin ödənilməsi indikatoru
|
9.
|
Ödənişlərin sayı
|
Ödənişlərin sayının 6-dan 5-ə endirilməsi üçün müvafiq tədbirlərin görülməsi
|
Vergi Məcəlləsi
|
Vergilər Nazirliyi,
Maliyyə Nazirliyi.
|
10.
|
Vaxt
|
Faktiki sərf olunan vaxtın hesabatda əks etdirilməsi məqsədi ilə tədbirlərin görülməsi
|
|
Vergilər Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Maliyyə Nazirliyi.
|
11.
|
ƏDV-nin geri qaytarılma proseduru
|
Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması
|
Elektron xidmətlərin göstərilməsi üzrə inzibati reqlament
|
Vergilər Nazirliyi,
Ədliyyə Nazirliyi,
Maliyyə Nazirliyi.
|
12.
|
ƏDV-nin geri alınma müddəti
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarında müvafiq dəyişikliyin edilməsi
|
Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı
|
Vergilər Nazirliyi,
Ədliyyə Nazirliyi,
Maliyyə Nazirliyi.
|
13.
|
Mənfəət vergisi üzrə yoxlama tələblərinə əməl edilməsi müddəti
|
Mənfəət vergisi üzrə yoxlama tələblərinə əməl edilməsi müddətinin 5 saata endirilməsi üçün müvafiq tədbirlərin görülməsi
|
Vergi Məcəlləsi
|
Vergilər Nazirliyi,
Maliyyə Nazirliyi.
|
14.
|
Mənfəət vergisi üzrə yoxlamanın başa çatdırılması müddəti
|
Mənfəət vergisi üzrə yoxlama müddətinin iki həftəyə endirilməsi üçün müvafiq danışıqların aparılması
|
Vergi Məcəlləsi
|
Vergilər Nazirliyi,
Maliyyə Nazirliyi.
|
Sərhəddə ticarət
|
15.
|
Sənəd prosedurları, sərhəd-keçmə əməliyyatları, ölkə daxili daşımalar (göstərilən əməliyyatlara çəkilən xərclər vəvaxt normaları)
|
- Əsas ticarət tərəfdaşı olan ölkələrdən gətirilən mallar üzrə həmin ölkələrin rəsmi səlahiyyətli qurumları tərəfindən gömrük rəsmiləşdirilməsi məqsədləri üçün təqdim edilən sənədlərin (baytarlıq, fitosanitar, gigiyenik, uyğunluq sertifikatları) qarşılıqlı qaydada tanınması üçün müvafiq qaydada qarşılıqlı tanınma sazişlərinin imzalanması məsələsinə baxılması
|
“Baytarlıq haqqında” Qanun;
“Fitosanitar nəzarəti haqqında” Qanun;
“Yeyinti məhsulları haqqında” Qanun;
“İxrac nəzarəti haqqında” Qanun;
Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”
< |