Pillə 8: Əmək Bazarının Səmərəliliyi
8.01. İşdən azad edilmə üzrə təzminat xərcləri
Bu göstərici işçinin işdən azad edilməsi ilə əlaqədar əvvəlcədən xəbərdarlıq və kompensasiya xərcini (həftəlik əmək haqqı olaraq) ölçür, 2017
Birillik, beşillik və onillik staja malik işçiyə ödənilən əvvəlcədən xəbərdarlıq və müqaviləyə xitam verilməsinə görə kompensasiya xərclərin ortalama məbləğidir.
Mənbə: Dünya Bankı Qrupu
8.02. İşəgötürmə və işdən azad etmə praktikası
“Sizin ölkənizdə qanunvericilik işçilərin işə qəbul edilməsi və işdən azad olunmasının çevikliyini nə dərəcə təmin edir? “ sualına cavab [1-ümumiyyətlə təmin etmir; 7- yüksək səviyyədə təmin edir], 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının B əlavəsinə baxın.
8.03. “İşçi-işəgötürən” münasibətlərində əməkdaşlıq
“Sizin ölkənizdə işçilər və işəgötürənlər arasında mövcud olan münasibətləri necə qiymətləndirə bilərsiniz?” sualına cavab [1-əsas etibarilə gərginliyə meyllidirlər; 7-əsas etibarilə əməkdaşlığa meyllidirlər], 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.04. Əmək haqlarının müəyyənləşdirməsində çeviklik
“Sizin ölkənizdə əmək haqları ümumiyyətlə necə müəyyənləşdirilir?” sualına cavab[1- mərkəzləşdirilmiş şəkildə aparılan danışıqlar əsasında; 7- hər bir şirkət özü müəyyənləşdirir], 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının B əlavəsinə baxın.
8.05. Aktiv əmək bazarı siyasəti
“Sizin ölkənizdə həyata keçirilən əmək bazarısiyasəti işsiz vətəndaşlara yeni bacarıqlara sahib olub yeni iş yerlərinin tapılmasında (habelə əldə olunan bacarıqların iş yerlərinin tələblərinə uyğunlaşdırılmasına, ixtisasların artırılmasına) nə dərəcədə kömək edir?” sualına cavab [1- ümumiyyətlə kömək etmir; 7- əsas etibarilə kömək edir], 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.06. İşçilərin hüquqları
Bu indikator əmək sahəsində beynəlxalq standartların müdafiə səviyyəsini əks etdirən və Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının hesabladığı Qlobal Haqlar İndeksinin adaptasiya olunmuş versiyasını əsas götürür. Qiymətləndirmə zamanı 1-7 şkalasından istifadə olunur, burada 1 - müdafiə ümumiyyətlə yoxdur, 7 - yüksək səviyyədə müdafiə mənasını kəsb edir, 2017
Əmək sahəsinin müdafiəsini ölçmək üçün vətəndaş haqları, kollektiv sazişin bağlanılması hüququ, tətilə çıxmaq hüququ, sərbəst birləşmə hüququ, habelə müvafiq hüquqi prosedurlara çıxışın təmin olunması hüququ anlayışlarından istifadə olunur. Bu indikatorun hesablanmasında işçinin işdən azad edilmə qaydaları nəzərə alınmır. Qlobal Haqlar İndeksinin hesablanma metodologiyası haqqında daha ətraflı məlumat bu linkdən əldə edilə bilər http://survey.ituc-csi.org/ITUC-Global-Rights-Index.html.
Mənbə: Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK), Dünya İqtisadi Forumu.
8.07. Əcnəbi işçilərin işə qəbulunun asanlığı
“Sizin ölkənizdə qanunvericilik əcnəbi işçi qüvvəsini işə qəbulunu nə dərəcədə məhdudlaşdırır?” sualına cavab [1- çox məhdudlaşdırır; 7- ümumiyyətlə məhdudlaşdırmır], 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.08.Daxili əmək bazarının ölkədaxili mobilliyi
“Sizin ölkənizdə insanlar sahib olduqları peşələrinə uyğun iş yerinin tapılması məqsədilə ölkənin digər regionlarına köçməsi nə dərəcədədir? ” sualına cavab [1- ümumiyyətlə köçmürlər; 7- çox miqyasda köçürlər], 2017- 2018-ci illər və ya əlçatan rəqəmlərin mövcud olduğu ən son dövr üzrə çəkili orta kəmiyyət.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.09. Peşəkar idarəetməyə əsaslanma
“Sizin ölkənizdə şirkətlərdə rəhbər vəzifələri kimlər tutur?” sualına cavab [1- adətən kompetensiyalarından asılı olmayaraq qohumlar və dostlar; 7- əsas etibarilə ixtisası və sahib olduğu kvalifikasiyalar əsasında seçilmiş peşəkar menecerlər ] 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.10. Ödəmə və məhsuldarlıq
“Sizin ölkədə əməyin ödənilməsi sistemi nə dərəcədə əməyin məhsuldarlığı ilə əlaqəlidir?” sualına cavab [1-ümumiyyətlə əlaqəli deyil; 7- yüksək səviyyədə əlaqə var] 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.11. İşçi qüvvəsində qadınların iştirak səviyəsi
Bu göstərici 15-64 yaşında olan muzdlu işçi və qulluqçu qadınların sayının 15-64 yaşında muzdlu işçi və qulluqçu kişilərin sayına bölünməsi vasitəsilə hesablanan nisbət və ya faizi əks etdirir, 2017
Muzdlu işçi və qulluqçu dedikdə, əmək haqqı ödənildiyi iş yerlərində çalışan insanlar nəzərdə tutulur. Adətən bu iş yerlərinə qəbul tərəflərin iradəsinə əsaslanan yazılı və ya şifahi saziş və ya qanunvericilikdə nəzərdə tutulmuş müqavilənin bağlanılması əsasında həyata keçirilir. Bu müqavilələrə əsasən muzdlu işçilərin və qulluqçuların əməyi çalışdığı müəssisənin gəlirlərindən asılı olmayaraq ödənilir.
Mənbə: Beynəlxalq Əmək Təşkilatı (BƏT), Dünya İqtisadi Forumu.
8.12. Əmək haqqı vergi dərəcəsi
Əmək haqqından tutulan gəlir vergisi və sosial ödənişlər kommersiya gəlirinin faizi kimi hesablanan və müəssisələr tərəfindən müvafiq səviyyədə (federal, federasiya subyekti və ya yerli) tutulan icbari əmək haqqı ödənişləridir/vergiləridir, 2016
Bu göstəriciyə dövlət tərəfindən icbari qaydada müəyyənləşdirilən və işəgötürənin özəl pensiya fonduna və ya işçilərin sığorta fonduna ödədiyi məbləğ daxildir. Bu göstərici haqqında daha ətrafı məlumat bu linkdən əldə edilə bilər http://www.doingbusiness.org/Methodology-Paying-Taxes.
Mənbə: Dünya Bankı Qrupu