Elektrik təchizatı şəbəkələrinə qoşulma
“Doing Business” anbar üçün daimi elektrik bağlantısı və təchizatı əldə olunması üçün tələb olunan bütün prosedurları qeydə alır.
Bu prosedurlara ərizələr, elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı şirkətlər və digər agentliklər tərəfindən bütün zəruri yoxlamalar və icazələr, habelə xarici və yekun qoşulma işləri daxildir. Sorğuda elektrik təchizatına qoşulma prosesi ayrı-ayrı prosedurlara bölünür və hər bir prosedurun tamamlanmasına sərf olunan vaxt və xərcləri hesablamaq üçün lazımi məlumatlar müəyyən edilir.
Bundan əlavə, “Doing Business” təchizatın etibarlılığı və tariflərin şəffaflığı indeksini (ümumi bala və ölkənin hesabatdakı reytinqinə daxil edilmişdir) və elektrik enerjisinin qiymətini (ümumi hesablamalara daxil edilməmişdir) ölçür. Təchizatın etibarlılığı və tariflərin şəffaflığı indeksi elektrik kəsilmələrinin müddəti və təkrarlanmasının kəmiyyət göstəricilərini, eləcə də təchizatçı tərəfindən elektrik kəsintilərinin nəzarətdə saxlanılması və elektrik təchizatının bərpa edilməsi üçün yaradılmış mexanizmlərin keyfiyyət göstəricilərini, təchizatçı və elektrik kəsintiləri üzrə tənzimləyici arasında hesabat əlaqələrini, tariflərin şəffaflığı və əlçatanlığını, kəsilmələrin sayını azaltmaq məqsədi ilə təchizatçının maliyyə tədbirləri ilə (məsələn, kəsilmələr müəyyən həddi keçdikdə, müştərilərə kompensasiya verilməsi və ya cərimələrin ödənilməsi tələbləri) üzləşmə hallarını əhatə edir.
Elektrik təchizatı şəbəkələrinə qoşulmanın asanlığı üzrə ölkələrin reytinqi həmin ölkələrin elektrik enerjisinin əlçatanlığı üzrə ballarını sıralamaqla tərtib edilir. Bu ballar elektrik enerjisinin qiyməti istisna olmaqla, bütün digər komponentlər üzrə balların ədədi ortasıdır.
Təchizatın etibarlılığına dair məlumatlar, bu məlumatların spesifik texniki təbiətindən asılı olaraq elektrik enerjisi təchizatı şirkətləri və ya tənzimləyicilərdən toplanılır. Tariflərin şəffaflığı və elektrik bağlantısının qurulması prosedurları haqqında məlumatlar da daxil olmaqla digər məlumatlar bütün bazar iştirakçılarından – elektrik paylayıcı şirkətlərdən, elektrik enerjisi tənzimlənməsi qurumlarından və müstəqil mütəxəssislərdən (elektrik mühəndisləri, elektrikquraşdırma müəssisələri, tikinti şirkətləri və s.) əldə edilir. Məlumatlar anbarların ən sıx yerləşdiyi ərazi(lərə) xidmət göstərən elektrik paylayıcı şirkətdən toplanılır. Elektrik paylayıcı şirkətlər arasında bir neçə seçim olduqda, ən böyük müştəri kütləsinə malik olan qurum seçilir.
Məlumatları ölkələr üzrə müqayisə etmək məqsədilə anbar, elektrik şəbəkəsinə qoşulma və aylıq istehlak barəsində bir sıra ehtimallardan istifadə olunur.
Anbar haqqında fərziyyələr
Fərz edilir ki, anbar:
Elektrik təchizatı şəbəkələrinə qoşulma ilə bağlı fərziyyələr
Fərz edilir ki, elektrik şəbəkəsinə qoşulma:
Yanvar ayı ərzində aylıq istehlak haqqında fərziyyələr
Prosedurlar
Prosedur dedikdə, şirkətin işçilərinin və ya baş elektrikinin və ya elektrik mühəndisinin (bu daxili elektrik şəbəkəsini quraşdırmış şəxs ola bilər) üçüncü tərəflərlə (elektrik paylayıcı şirkətlər, elektrik enerjisi təchizatçısı şirkətləri, dövlət agentlikləri, elektrik avadanlıqlarını quraşdıran podratçılar və elektrotexniki şirkətlər) hər hansı bir qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Daxili elektrik naqillərinin çəkilməsi ilə bağlı şirkət işçiləri arasındakı qarşılıqlı əlaqələr, o cümlədən daxili elektrik şəbəkəsinin qurulması ilə əlaqədar quraşdırılma planlarının tərtibi və icrası kimi işlər prosedur hesab olunmur. Eyni müəssisədə, lakin müxtəlif departamentlərdə icra olunmalı prosedurlar ayrı prosedurlar hesab olunur (cədvəl 1).
Elektrik təchizatı şəbəkələrinə qoşulma üçün tələb olunan prosedurlar (sayı) |
Bütün müvafiq sənədləri təqdim etmək və bütün lazımi razılıq və icazələri əldə etmək |
Bütün lazımi xəbərdarlıqları tamamlamaq və bütün lazımi yoxlamaları əldə etmək |
Xarici quraşdırma işlərini həyata keçirmək və bu işlər üçün mümkün mal materiallarını əldə etmək |
Lazımi təchizat müqaviləsini bağlamaq və elektrik enerjisinin yekun təchizatını əldə etmək |
Hər bir proseduru tamamlamaq üçün tələb olunan vaxt (təqvim günlərinin sayı) |
Ən azı bir təqvim günüdür |
Hər bir prosedur ayrı bir gündə başlayır |
Məlumatın toplanmasına sərf olunan vaxt nəzərə alınmır |
Təcrübədə sərf olunan vaxtı əks etdirir (kiçik həcmdə əlavə tədbirlər ilə və vəzifəli şəxslərlə əvvəlcədən əlaqə olmadan) |
Hər bir proseduru tamamlamaq üçün tələb olunan xərclər (adambaşına düşən gəlirin faiz nisbətində) |
Yalnız rəsmi xərclər (qeyri-rəsmi ödənişlər olmadan) |
Əlavə dəyər vergisi nəzərə alınmır |
Təchizatın etibarlılığı və tarif şəffaflığı indeksi (0–8) |
Elektrik təchizatında kəsilmələrin müddəti və təkrarlanma səviyyəsi (0–3) |
Elektrik təchizatında kəsilmələrin monitorinqi vasitələri (0–1) |
Elektrik təchizatında kəsilmələrin bərpa edilməsi vasitələri (0–1) |
Elektrik təchizatı şirkətlərinin performansı üzrə tənzimləyici monitorinq (0–1) |
Elektrik kəsilmələrini məhdudlaşdırmaq məqsədilə tətbiq edilən maliyyə tədbirləri (0–1) |
Tariflərin şəffaflığı və əlçatanlığı (0–1) |
Elektrik enerjisinin qiyməti (1 kVt/saat üzrə sentlə) |
Praktiki tədqiqatda kommersiya anbarı üçün aylıq hesaba əsaslanmış qiymət |
Prosedur həmişə kənar işlər üçün hesablanır (təchizat müəssisəsi və ya xüsusi podratçı tərəfindən həyata keçirilməsi). Bununla belə, kənar iş proseduru və sayğacın quraşdırılması aşağıdakı iki xüsusi şərt ödənildiyi halda vahid prosedur hesab edilə bilər: (i) kənar iş proseduru və sayğacın quraşdırılması eyni şirkət və ya qurum tərəfindən həyata keçirilirsə və (ii) kənar iş proseduru və sayğacın quraşdırılması arasında sifarişçi hər hansı əlavə fəaliyyət üzrə əlaqəyə cəlb edilmirsə (məsələn, təchizat müqaviləsinin imzalanması və ya təminat depozitinin ödənilməsi).
Vaxt metodologiyası
Vaxt təqvim günləri ilə hesablanır. Bu göstərici qanunun tələblərinə əsasən deyil, elektrik təchizatı şirkətinin və elektrik təchizatı üzrə mütəxəssislərin təcrübədə hər bir prosedurun əlavə xərclər olmadan və minimal əlavə fəaliyyətlə tamamlanmasına sərf olunduğunu bildirdiyi orta (median) müddəti əks etdirir. Fərz olunur ki, hər bir prosedur üçün tələb olunan minimum vaxt bir gündür. Prosedurlar eyni vaxtda həyata keçirilə bilər, lakin eyni gündə başlaya bilməz (belə ki, eyni vaxtda həyata keçirilən prosedurlar ardıcıl günlərdə başlanır). Fərz olunur ki, sahibkar hər bir proseduru vaxt itirmədən və hər hansı bir yubanma olmadan tamamlamağa çalışır. Sahibkarın məlumat toplamağa sərf etdiyi vaxt nəzərə alınmır. Fərz edilir ki, sahibkar elektrik enerjisinə qoşulma üzrə bütün tələblər və onların ardıcıllığı barədə əvvəlcədən məlumatlıdır.
Xərc metodologiyası
Xərclər ölkədə adambaşına düşən gəlirin faizi kimi qeydə alınır və xərclərin tərkibində əlavə dəyər vergisi nəzərə alınmır. Anbarın elektrik təchizatı şəbəkəsinə qoşulması ilə əlaqədar bütün ödəniş və xərclər, o cümlədən dövlət qurumlarından tələb olunan sənədlərin əldə olunması ilə bağlı xərclər, elektrik şəbəkəsinə qoşulmaq üçün müraciətlə bağlı xərclər, ərazinin və daxili naqillərin yoxlanılması ilə bağlı xərclər , materialları alınması ilə bağlı xərclər , şəbəkəyə faktiki qoşulma işlərinin həyata keçirilməsi ilə bağlı xərclər və təminat depozitinin ödənilməsi ilə bağlı xərclər qeydə alınır. Yerli mütəxəssislərdən alınan məlumatlar, eləcə də qüvvədə olan normativ sənədlər və xidmət tarifləri xərclərlə bağlı məlumat mənbəyi kimi istifadə edilir. Müxtəlif yerli mütəxəssislər tərəfindən xərclərlə bağlı verilən məlumatlarda fərqlər olarsa, verilən məlumatlar üzrə orta (median) göstərici istifadə olunur. Bütün hallarda qeyri-rəsmi ödənişlər istisna edilir.
Təminat depoziti
Enerji təchizatı müəssisələri sifarişçinin öz istehlak xərclərini ödəyə bilməməsi hallarına qarşı zəmanət mexanizmi kimi təminat depozitləri tələb edə bilər. Bu səbəbdən, yeni bir sifarişçi üçün təminat depoziti adətən sifarişçinin ehtimal olunan elektrik enerjisi istehlakının həcmi kimi hesablanır.
“Doing Business “ təminat depozitinin tam məbləğini qeydə almır. Əgər depozit sifarişçinin faktiki istehlakına əsaslanırsa, bu əsas nəzərə alınır. Təminat depozitinin tam məbləğinin əvəzinə, “Doing Business” enerji təchizatı şirkəti tərəfindən təminat depozitinin uzun müddət, bir çox hallarda müqavilənin sonuna kimi (beş il fərz edilir) saxlanması səbəbindən sifarişçinin üzləşdiyi faiz gəlirində itkilərin cari əmsalını qeydə alır. Təminat depoziti, ilkin aylıq istehlak ödənişlərini bağlamaq üçün istifadə olunduğu hallarda qeydə alınmır. İtirilmiş faiz gəlirlərinin əmsalını hesablamaq üçün Beynəlxalq Valyuta Fondunun “Beynəlxalq Maliyyə Statistikası”nda 2017-ci ilin sonuna borcvermə dərəcələrindən istifadə olunur. Təminat depoziti faizlə qaytarıldığı hallarda, itirilmiş faiz gəlirləri əmsalının hesablanmasında borcvermə dərəcəsi və enerji təchizatı şirkəti tərəfindən ödənilmiş faiz arasındakı fərqdən istifadə olunur.
Bəzi ölkələrdə təminat depoziti istiqraz formasında qoyula bilər: şirkət zamin qismində şirkətin aktivlərinin yerləşdiyi bank və ya sığorta təşkilatından zəmanət əldə edə bilər. Sifarişçinin depoziti nağd formada ödədiyi haldan fərqli olaraq, bu zaman şirkət tam məbləğ üzərində sahiblik hüququnu itirmir və ondan istifadəni davam etdirə bilər. Bunun müqabilində, şirkət banka istiqrazı əldə etdiyi üçün komissiya haqqı ödəyəcəkdir. Komissiya haqqının məbləği şirkətin kredit reytinqindən asılı olaraq dəyişə bilər. Kredit reytinqinin mümkün ən yüksək, bununla da komissiya haqqının mümkün ən aşağı hədləri fərz olunur. İstiqrazların təminat depoziti kimi istifadə olunduğu hallarda, depozitin məbləği illik komissiya məbləğinin müqavilənin qüvvədə olma müddətinə (5 il fərz olunur) vurulmaqla hesablanır. Hər iki seçim mövcud olduqda, daha ucuz alternativ qeydə alınır.
Honkonq Xüsusi İnzibati Ərazisində (Çin) 2018-ci ildə gücü 140 KVA elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulmaq üçün müraciət etmiş sifarişçi 64.721 Honkonq dolları (təxminən 8.250 ABŞ dolları) dəyərində təminat depozitini nağd və ya qəbz formasında ödəməli idi və depozitin yalnız müqavilə müddətinin sonunda geri qaytarılması nəzərdə tutulurdu. Sifarişçi bu pulu 5.0 faiz dərəcə ilə sərmayə qoya bilərdi. Müqavilənin beş ili ərzində itirilmiş faiz gəliri 14.008 Honkonq dolları (1.780 ABŞ dolları) təşkil edərdi. Bunun əksinə olaraq, sifarişçi 1.5 faiz illik dərəcədə bank zəmanəti ilə depozit qoymağı seçsə, beş il ərzində itirilmiş məbləğ yalnız 4.854 Honkonq dolları olardı (620 ABŞ dolları).
Elektrik təchizatının etibarlılığı və tariflərin şəffaflığı indeksinin metodologiyası
“Doing Business” metodologiyasında hər bir ölkənin ən böyük biznes şəhərində (11 ölkəyə münasibətdə məlumatlar həmçinin ikinci ən böyük biznes şəhəri üçün də toplanır) elektrik enerjisi təchizatında yaranan fasilələrin müddətini və sayını hesablamaq üçün iki göstəricidən – SAIDI və SAIFI göstəricilərindən istifadə olunur. SAIDI göstəricisi il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranan fasilənin müddətini, SAIFI göstəricisi isə il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranan fasilənin sayını əks etdirir. SAIDI və SAIFI göstəriciləri haqqında illik (təqvim ili) məlumatlar elektrik paylayıcı şirkətlər və tənzimləyici orqanlardan əldə edilir. SAIDI və SAIFI göstəriciləri hesablanarkən elektrik təchizatında yaranan planlaşdırılmış və planlaşdırılmamış fasilələr, həmçinin yüksək gərginliyin aradan qaldırılması üçün yaradılan fasilələr nəzərə alınmalıdır.
Aşağıdakı iki tələbə cavab verən ölkələr elektrik təchizatının etibarlılığı və tariflərin şəffaflığı üzrə bal əldə edə bilirlər. Birinci tələbə əsasən, elektrik paylayıcı şirkət elektrik təchizatında yaranan bütün növ fasilələr (il ərzində orta hesabla hər istehlakçı üzrə elektrik enerjisinin verilişində yaranan fasilənin müddəti və il ərzində orta hesabla hər istehlakçı üzrə elektrik enerjisinin verilişində yaranan fasilənin sayı haqqında məlumatlar daxil olmaqla) haqqında məlumata malik olmalıdır. İkincisi, SAIDI göstəricisi 100 saatdan az, SAIFI göstəricisi isə 100 dəfədən az olmalıdır.
Elektrik təchizatında fasilələr sıx və ya uzun müddətli olduqda (SAİDİ və SAİFİ göstəriciləri müəyyən edilmiş həddən yüksək olduqda) elektrik təchizatı etibarlı hesab edilmir və ölkə mövcud indeks üzrə bal əldə edə bilmir. Elektrik enerjisinin təchizatında baş verən fasilələr haqqında məlumatlar toplanmadıqda və ya qismən toplandıqda (məsələn, planlaşdırılmış fasilələr və ya yüksək gərginliyin dağıdılması üçün yaradılan fasilələr SAIDI və SAIFI indekslərinin hesablanmasında nəzərə alınmadıqda) və SAIDI və SAIFI indekslərinin hesablanmasında nəzərə alınan minimum fasilənin müddəti 5 dəqiqədən çox olduqda, ölkə sözügedən indeks üzrə bal əldə edə bilmir.
“Doing Business” metodologiyasının tələblərinə cavab verən ölkələrin elektrik enerjisi təchizatının etibarlılığı və tariflərin şəffaflığı indeksi üzrə balları aşağıdakı 6 komponent əsasında hesablanır:
Haqqında danışılan indeks 0 və 8 arasında dəyişir. Bal nə qədər yüksəkdirsə elektrik təchizatının etibarlılığı və tariflərin şəffaflığı da bir o qədər yüksəkdir. Məsələn, Böyük Britaniyadakı “UK Power Networks” elektrik paylayıcı şirkət elektrik enerjisi təchizatında yaranan fasilələrə dair məlumatları toplamaq və onlara nəzarət etmək üçün SAIDI və SAIFI göstəricilərini istifadə edir. 2016-cı ildə Londonda elektrik enerjisinin təchizatında yaranan fasilənin orta hesabla müddəti 1 istehlakçı üçün 0.326 saat, elektrik enerjisinin təchizatında yaranmış fasilənin orta hesabla sayı isə 1 istehlakçı üçün 0.166 idi. Beləliklə hər iki göstərici müəyyən edilmiş maksimum həddən aşağıdır və 1 istehlakçı üçün fasilənin ümumi müddəti 1 saatdan az olmaqla il ərzində orta hesabla 1-dən az fasilə deməkdir. Bununla əlaqədar olaraq ölkə hazırki indeks üzrə bal qazanmaqla yanaşı, həmçinin birinci komponent üzrə 3 bal əldə edir. Elektrik paylayıcı şirkət şəbəkədə olan problemi aşkarlamaq (1 bal) və elektrik enerjisi təchizatını bərpa etmək (1 bal) üçün “GE PowerOn Control System” kimi avtomatlaşdırma sistemindən istifadə edir. Müstəqil tənzimləyici orqan olan “The Office of Gas and Electricity Markets” elektrik paylayıcı şirkətin elektrik təchizatının etibarlılığı (1 bal) ilə bağlı həyata keçirdiyi işlərə ətraflı nəzarət edir. Bu, elektrik enerjisi təchizatında yaranan fasilənin tənzimləyici orqan tərəfindən (1 bal) müəyyən edilən maksimal göstəricidən çox müddətdə olduğu hallarda elektrik paylayıcı şirkətin istehlakçılara kompensasiyalar verməsini təmin etmək üçündür. Tariflərin dəyişməsi haqqında məlumatlar istehlakçılara növbəti hesabat dövrü başlayana qədər verilir. Cari tariflərə isə istehlakçılar onlayn (1 bal) rejimdə baxa bilərlər. Beləliklə, elektrik təchizatının etibarlılığı və tariflərin şəffaflığı indeksi üzrə Böyük Britaniyaya 8 bal verilir.
Digər tərəfdən, bir sıra ölkələrə elektrik təchizatının etibarlılığı və tariflərin şəffaflıq indeksi üzrə 0 bal verilmişdir. Bu cür halların səbəbi həmin ölkələrdə elektrik enerjisi təchizatında fasilələrin ayda bir dəfədən çox olması və sözügedən indeks çərçivəsində nəzərdən keçirilən üsulların və digər vasitələrin tətbiq edilməməsi ola bilər. Ölkədə SAIDI və (və ya) SAIFI göstəriciləri müəyyən edilmiş həddən (100-dən) çox olduqda və ya indekslərin hesablanması zamanı bütün fasilə halları nəzərə alınmadıqda da, 0 bal verilə bilər. Məsələn, Surinamda elektrik paylayıcı şirkət tərəfindən SAIDI və SAIFI göstəricilərini hesablanarkən yüksək gərginliyin dağıdılması üçün yaradılan fasilələr nəzərə alınmır. Bununla da, müəyyən edilmiş meyarlara əsasən, elektrik paylayıcı şirkət tərəfindən elektrik enerjisi təchizatında fasilələrin idarə edilməsi və bərpa edilməsi üçün avtomatlaşdırılmış sistemdən istifadə edilməsinə və elektrik enerjisi tariflərinin şəffaf olmasına baxmayaraq, Surinam indeks üzrə bal əldə edə bilmir.
2017-ci ilin iyun ayından 2018-ci ilin iyun ayınadək elektrik təchizatı şəbəkəsinə yeni qoşulma olmamışdırsa və ya həmin müddətdə elektrik təchizatı təmin edilməmişdirsə, ölkə prosedur, vaxt və xərc göstəriciləri üzrə “təcrübə yoxdur” kimi qiymətləndirilir. Bununla yanaşı “təcrübə yoxdur” kimi qiymətləndirilmiş ölkə, tənzimləyici orqan tərəfindən elektrik paylayıcı şirkətə nəzarət təmin edildiyi halda belə, elektrik təchizatının etibarlılığı və tariflərin şəffaflıq indeksi üzrə 0 bal əldə edir.
Elektrik enerjisinin qiyməti
“Doing Business “ hesabatında elektrik enerjisinin qiyməti qeydə alınır, lakin bu göstərici elektrik təchizatına qoşulma üzrə ölkənin balına və ya elektrik təchizatına qoşulmanın asanlığı üzrə reytinqinə təsir etmir. Elektrik enerjisinin qiymətləri üzrə məlumatlar “Doing Business” hesabatının internet səhifəsində (http://www.doingbusiness.org/) yerləşdirilmişdir və ölkələr üzrə müqayisəliliyi təmin etmək üçün standartlaşdırılmış fərziyyələrə əsaslanır.
Elektrik enerjisinin qiyməti kilovatt/saat üzrə ABŞ senti ilə hesablanır. Aylıq istehlaka dair ehtimallara əsasən, ölkənin ən böyük biznes şəhərində kommersiya anbarı üçün aylıq ödəniş yanvar ayı üçün hesablanır (11 ölkədə bu məlumatlar ikinci ən böyük biznes şəhəri üçün də toplanılır). Qeyd olunduğu kimi anbar elektrik enerjisindən ayda 30 gün, saat 9:00-dan 17:00-a kimi istifadə edir, beləliklə günün müxtəlif vaxtlarında əsaslanan diferensial tarif tətbiq oluna bilər.
İslahatlar
Elektrik təchizatına qoşulma indikatoru qoşulma prosesinin səmərəliliyi, eyni zamanda enerji təchizatının etibarlılığı və tariflərin şəffaflığı ilə əlaqədar dəyişiklikləri qeydə alır. Məlumatlar üzərində olan təsirlərdən asılı olaraq, müəyyən dəyişikliklər islahatlar kimi təsnif edilir və əhəmiyyətli dəyişikliklərin həyata keçirildiyini təsdiqləmək üçün hesabatın 2017/2018-ci il bölməsində “Doing Business” islahatları üzrə xülasədə verilir. İslahatlar biznes fəaliyyətini asanlaşdıran və biznes fəaliyyətini çətinləşdirən dəyişikliklər olmaqla iki qrupa bölünür. Elektrikə təchizatına qoşulma indikatoru islahat olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iki meyardan istifadə edir.
İndikator üzrə ən yüksək nəticəyə qədər olan məcmu boşluqdan istifadə edilərək dəyişikliklərin təsiri qiymətləndirilir. Ən yüksək nəticəyə qədər nisbi məsafə üzrə 2 faiz və ya daha çox dəyişikliyə səbəb olan hər hansı bir yenilənmə islahat kimi təsnif edilir. Məsələn, kommunal xidmətlərə qoşulmada yeni bir pəncərə sisteminin tətbiq edilməsi nəticəsində yeni qoşulma müraciətlərinin emalına sərf edilən müddət, bununla da ümumi nisbi məsafə 2 faiz və ya daha çox aşağı düşərsə, bu dəyişiklik bir islahat olaraq təsnif edilir. Digər halda, nisbi boşluq üzrə 2 faizdən az məcmu təsir göstərən kommunal ödənişlər üzrə düzəlişlər və digər bu kimi kiçik dəyişikliklər islahat olaraq qeydə alınmır, lakin həmin dəyişikliklərin təsiri bu göstərici qrupu üçün ən çox yenilənmiş göstəricilərdə əks etdirilir
İkincisi, islahat hesab olunması üçün məlumatlarda həyata keçirilən dəyişikliklər xarici təsir hesabına deyil, elektrik təchizatı şirkətinin və ya dövlətin təşəbbüsü ilə edilməlidir. Məsələn, əgər kəsintilər bir ildə əvvəlki ilə nəzərən sərt hava şəraiti səbəbindən əhəmiyyətli dərəcədə artarsa, bu, biznes fəaliyyətini çətinləşdirən islahat hesab oluna bilməz. Analoji qaydada, elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulmaq üçün istifadə olunan materiallar ilə əlaqəli xərclər (məsələn, kabel və ya transformatorlar) milli valyuta məzənnəsinin yüksəlməsi nəticəsində azalarsa, bu, biznes fəaliyyətini asanlaşdıran islahat hesab oluna bilməz. Lakin əgər elektrik təchizatı şirkəti qoşulma prosesini səmərəli etmək üçün bir pəncərə sistemi tətbiq edərsə və ya enerji açılmalarına nəzarəti və elektrik enerjisi xidmətlərinin bərpasını gücləndirmək məqsədilə avtomatlaşdırılmış sistem qurarsa, bu tədbirlər biznes fəaliyyətini asanlaşdıran islahatlar hesab oluna bilər.