Aparılan islahatlar

Biznes sahələri üzrə Azərbaycanda aparılan islahatlar

Diagnostics of the new Economic Reforms Governance Model in Azerbaijan (McKinsey & Company)

"Doing Business 2020" - Biznes İslahatları

Biznesə başlama (qeydiyyat) üzrə biznes islahatları

Tikintiyə icazələrin verilməsi üzrə biznes islahatları

Elektrik şəbəkəsinə qoşulma üzrə biznes islahatları

Müqavilələrin icrası (e-məhkəmə) üzrə biznes islahatları

Sərhəddə ticarət (idxal-ixrac) üzrə biznes islahatları

Dövlət satınalmaları üzrə biznes islahatları

 

S/s

İndikatorun adı

“Doing Business 2020” hesabatında qəbul edilməsi gözlənilən islahatlar

 

 

 

 

 

 

 

 

 

1.

 

 

 

 

 

 

 

Biznesə başlama

Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. prosedurların sayı 3 prosedurdan 1 prosedura azalacağı gözlənilir;
  2. günlərin sayı 3,5 gündən 0,5 günə azalacağı gözlənilir;
  3. xərc18 AZN-dən (ümumilikdə 90 AZN) 0 AZN-ə azalacağı gözlənilir.

 

Hüquqi əsası:

  • “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli, 1447-VQD nömrəli Qanunu;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli 1448-VQD nömrəli Qanunu;
  •  “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli,1448-VQD nömrəli Qanunu;

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

Tikinti üçün icazələrin alınması

Tikinti obyektinin tikintisi və istismarına icazələrin alınması üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. prosedurların sayı 18 prosedurdan 7 prosedura azalacağı gözlənilir;
  2. günlərin sayı 116 gündən 38 günə azalacağı gözlənilir;
  3. xərc 6566 AZN-dən 3345 AZN-ə azalacağı gözlənilir.

 

Hüquqi əsası:

  • Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli 1451-VQD nömrəli Qanunu;
  • Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanı;
  • Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası.

 

 

 

 

 

 

 

3.

 

 

 

 

 

 

Elektrik təchizatı şəbəkələrinə qoşulma

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. Prosedurların sayı 7 prosedurdan 2 prosedura azalacağı gözlənilir;
  2. Günlərin sayı 41 gündən 20 günə azalacağı gözlənilir.
  3. Sahibkarlar üçün daha çox müraciət imkanları yaradılmışdır.

 

Hüquqi əsası:

  • “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli  Fərmanı;
  • Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli Fərmanı.

 

 

 

 

 

 

 

 

 

 

 

4.

 

 

 

 

 

 

 

 

Əmlakın qeydiyyatı

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. Prosedurların sayı 3 prosedurdan 2 prosedura azalacağı gözlənilir;
  2. Günlərin sayı 5,5 gündən 2,5 günə azalacağı gözlənilir;
  3. Sahibkarlar üçün daha çox müraciət imkanları yaradılmışdır.

 

Hüquqi əsası:

  • “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 Aprel 2018-ci il tarixli 134 nömrəli Qərarı;
  • “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 Oktyabr 2018-ci il tarixli 453 nömrəli Qərarı

 

 

 

 

 

 

5.

 

 

 

 

 

 

Kreditlərin alınması

Kreditlərin alınması Məlumat İndeksi və Hüquqi norma indeksi üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. Normativ hüquqi aktlar arasında uyğunluq təmin edilmişdir və bununla da “Doing Business” metodologiyasına əsasən Hüquqi norma indeksi ilə bağlı mənfi dəyərləndirilən 4 sual üzrə müsbət qiymətləndirmənin olması gözlənilir.

 

Hüquqi əsası:

  •  “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 Dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli Qanunu;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 28 Dekabr 2018-ci il tarixli 1428-VQD nömrəli Qanunu;

 

 

 

 

 

 

6.

 

 

 

 

Kiçik investorların hüquqlarının müdafiəsi

Kiçik investorların hüquqlarının müdafiəsi üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. Normativ hüquqi aktlar arasında uyğunluq təmin ediləcək və bununla da “Doing Business” metodologiyasına əsasən mənfi dəyərləndirilən 10 sualdan 5-i üzrə müsbət qiymətləndirilməsi gözlənilir.

 

Hüquqi əsası:

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 28 Dekabr 2018-ci il tarixli 1449-VQD nömrəli Qanunu;
  • Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 28 Dekabr 2018-ci il tarixli 1450-VQD nömrəli Qanunu;

 

 

 

 

 

7.

 

 

 

 

 

Vergilərin ödənilməsi

Vergilərin ödənilməsi üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. vergi dərəcəsinin azalacağı gözlənilir;
  2. ərizələrin elektron olaraq təqdim edilməsi ilə vaxta qənaət ediləcəyi gözlənilir.

 

Hüquqi əsası:

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 28 Dekabr 2018-ci il tarixli 1413-VQD nömrəli Qanunu.

 

 

 

 

 

 

 

8.

 

 

 

 

 

 

Sərhəddə Ticarət

Sərhəddə Ticarət üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. yoxlama mexanizminin azalması və vahid nəzarət mexanizminin formalaşdırılması ilə sahibkarın vaxtına qənaət ediləcək və vaxtın azalması gözlənilir

 

Hüquqi əsası:

  • Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 Dekabr 2018-ci il tarixli Fərmanı;
  • “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 Dekabr 2018-ci il tarixli Fərmanı.

 

 

 

 

 

 

 

 

9.

 

 

 

 

 

Müqavilələrin icrasının təmin edilməsi

Müqavilələrin icrası üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. Məhkəmə işinin idarə edilməsi ilə bağlı vaxt standartları müəyyən edilmişdir və “Doing Business” metodologiyasına əsasən vaxt indeksində irəliləyişin əldə ediləcəyi gözlənilir;
  2. “Doing Business” metodologiyasına əsasən məhkəmə proseslərin keyfiyyət indeksində 8,5 bal irəliləyişin əldə ediləcəyi gözlənilir.

 

Hüquqi əsası:

  • Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 Dekabr 2018-ci il tarixli 1436-VQD nömrəli Qanunu;
  • “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 Dekabr 2018-ci il tarixli 1437-VQD nömrəli Qanunu.

 

 

 

 

 

 

 

 

 

10.

 

 

 

 

 

Müəssisənin müflisləşməsi

Müəssisənin müflisləşməsi üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. Hərracların keçirilməsi üzrə vaxta qənaət edilir və indikatorun vaxt indeksində irəliləyişin olacağı gözlənilir;
  2. Müflisləşmə üzrə qanunvericiliyin keyfiyyət indeksində mənfi olaraq dəyərləndirilən iki sualdan 1-i üzrə müsbət qiymətləndirmənin olması gözlənilir.

 

Hüquqi əsası:

  • “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 Dekabr 2018-ci il tarixli 1445-VQD nömrəli Qanunu;
  • “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 Dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Qanunu;

 

 

 

 

 

 

 

11.

 

 

 

 

    

      Dövlət satınalmaları

Dövlət Satınalmaları üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində aşağıdakı islahatların  “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranmışdır:

  1. Doing Business” metodologiyasına uyğunluq təmin edilərək dövlət satınalmaları üzrə vahid internet portalı formalaşdırılacaq və elektron satınalma modeli yaradılacaqdır.

 

Hüquqi əsası:

  •  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 1433-VQD nömrəli Qanunu;

 

 AZERBAİJAN TOP REFORMER" DOİNG BUSİNESS 2019 REPORT