Pillə 3: İKT-dən istifadə
İKT-dən istifadə pilləsi üzrə reytinqin hesablanması zamanı 3.02. indikatoru birbaşa istifadə olunmur. Əvəzinə genişzolaqlı mobil rabitə İnternet abunəçilərin təqribi çəkisini əks etdirən 3.02 indikatorun 3.01 indikatora nisbəti istifadə olunur. Eyni yanaşma ilə fiber optik kabellər vasitəsilə sabit sürətli İnternetə çıxışı əldə edən abunəçilərin təqribi çəkisini müəyyənləşdirmək üçün 3.04. indikatora şamil olunur. Hər iki halda əldə olunan nisbətlər 0-100 xallıq şkala vasitəsilə konvertasiya olunaraq hesablamalarda istifadə olunurlar.
3.01. Mobil telefon istifadəçilərin/100 nəfər
Hər yüz nəfərə düşən mobil rabitə xidmətləri istifadəçilərin sayı, 2016
Bu göstəricinin hesablanmasında faktiki xidmətlər müqabilində ödənişləri nəzərdə tutan abunəçilik, öncədən ödəməni nəzərdə tutan aktiv abunəçilik (yəni, son üç ayda aktiv olan abunəçilərin sayı) və səsli rabitə xidmətlərini təklif edən bütün mobil rabitə istifadəçilərin sayı haqqında məlumatlar istifadə olunur.
Mənbə: Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)
3.02. Mobil İnternet istifadəçiləri/100 nəfər
Hər yüz nəfərə düşən aktiv mobil genişzolaqlı İnternet abunəçilərin sayı, 2016
Bu göstərici standart mobil genişzolaqlı İnternet abunəçilərin və İnternetdə verilənlərin ötürülməsi üçün mobil genişzolaqlı ayrılmış kanal abunəçilərin cəmi kimi hesablanır.
Mənbə: Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)
3.03. Sabit sürətli İnternet abunəçiləri/100 nəfər
Hər yüz nəfərə düşən sabit sürətli İnternet abunəçiliyi, 2016
Bu göstərici kabel modemi, rəqəmsal abunəçi xətti (DSL), fiber optik kabel, habelə Ethernet, LAN və dəyişən cərəyan şəbəkəsi vasitəsilə genişzolaqlı ötürmə kommunikasiyaları (BPL) kimi sabit (simli) genişzolaqlı texnologiyalar daxil olmaqla, yüksək sürətli İnternetə (TCP/IP birləşməsi) çıxışı əldə edən abunəçilərin sayını əks etdirir.
Mənbə: Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)
3.04. Fiber optik İnternet istifadəçilərin sayı/100 nəfər
Hər yüz nəfərə düşən evlərə/binalara çəkilən fiber optik İnternet abunəçilərin sayı, 2016
Bu göstərici birbaşa kanalda buraxılış sürəti 256 kb/s aşağı olmayan evlərə və binalara çəkilən fiber optik İnternet abunəçilərin sayını əks etdirir. Bu göstəriciyə həmçinin fiber optik kabelin birbaşa İnternet istifadəçisinin yaşadığı yerə qədər çəkildiyi, habelə binanın kənar divarından iki metr məsafəyədək çəkilən fiber optik kabellərin təmin etdiyi İnternet şəbəkə abunəçiliyi də daxildir. Paylayıcı Şkafa qədər çəkilən fiber optik İnternet abunəçiliyi və Şəbəkə Qovşağına qədər çəkilən fiber optik İnternet abunəçiliyi yuxarıda qeyd olunan göstəricinin hesablanmasında nəzərə alınmır.
Mənbə: Dünya İqtisadi Forumu, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatları əsasında aparılan hesablamalar
3.05. İnternet istifadə edənlərin əhalidə pay, faizlə
İstifadə etdiyi cihaz və şəbəkədən asılı olmayaraq, son üç ay ərzində istənilən məkanda və istənilən məqsədlə İnternetdən istifadə edən şəxslərin faizi, 2016
Mənbə: Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)